Mojo.az Banner
11:24 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi  |     11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

28.09.2024 18:03 1 248
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
"Şəmkir", "Xudat" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində bir Əlcəzair vətəndaşı - 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat 20:40-da "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində isə 2 nəfər əlcəzairli - 1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

"Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində sentyabr 26-da saat 20:50-də 6 nəfər - 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər - 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər - 1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan vətəndaşının Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner