Azərbaycanlı ağırlıqqaldıranlar dünya birinciliyində çıxışlarını başa vurublar
Report xəbər verir ki, atletlərimizdən son olaraq Nurlan Məmmədzadə körpücük üzərinə qalxıb.
89 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub.
Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edib.