Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib

24.09.2024 16:01 1 821
Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
Buenos-Ayres məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun insan haqlarının pozulması iddialarına görə beynəlxalq axtarışa verilməsinə qərar verib.

Bu barədə "La Nacion" qəzeti məlumat verib.

Məhkəmə üzvləri qərara gəliblər ki, Argentina prokurorlarının tələbini təmin etsinlər, hansı ki, Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən "Demokratiyanın müdafiəsi üçün Argentina Forumu" qeyri-hökumət təşkilatından şikayət alıblar.

Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyətinə sahibdir.

"Nikolas Maduro Morosun və daxili işlər naziri Diosdado Kabelyonun Argentinaya ekstradisiyası üçün onlar barəsində İnterpol vasitəsilə dərhal həbs qətimkan tədbiri seçilməlidir", - deyə hakimlərin qərarından çıxarışda bildirilib.

İyul ayında Argentina Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ölkə hökuməti Maduro administrasiyasına qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən şikayəti yenidən dəstəkləmək qərarına gəlib.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Argentina, Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili Venesuelada insanlığa qarşı mümkün cinayətlər barədə təhqiqatın başlanması tələbi ilə BCM-ə müraciət ünvanlamışdı. Şikayət 2017-ci ildə ölkədə bir neçə ay davam edən etiraz dalğasından sonra verilmişdi. Bu müddət ərzində 120-dən çox insan həlak olub, minlərlə nümayiş iştirakçısı yaralanıb, 5 mindən çox insan həbs edilib.скачать dle 11.3
Mojo.az Banner