Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı

21.09.2024 21:44 771
Pəhrizdə şorbadan imtina etsəniz nə olar? – Həkim danışdı
Çoxları şorbaların yaxşı həzm və daxili orqanların işləməsi üçün lazımlı olduğuna inanır. Amma bu doğrudurmu?

Bir çox insanlar şorbaların balanslaşdırılmış pəhrizin tərkib hissəsi olduğuna inanırlar. Onlar olmadan pəhrizin natamam olduğuna və mədənin normal işləməyəcəyini düşünür.

Bu sualın cavabını məşhur qidalanma mütəxəssisi Yuri Popko cavab verib:

“Sovet dövründə böyüyən insanlar xatırlayırlar ki, nahar mütləq birinci yemək və qarnirdən ibarət idi. Və bu onların nə sağlamlığına, nə də başqa şeyə təsir etmirdi”.

Onun sözlərinə görə, klassik toyuq şorbasına adətən kartof, taxıl, toyuq budu, kələm, noxud, su və ədviyyatlar əlavə olunur. Bütün bu maddələr ayrı-ayrılıqda bişirilə bilər. Su yalnız yeməyin həcmini artırır, lakin kalori əlavə etmir, çünki suyun özündə kalori yoxdur.

“Ona görə də şorbanın özünün heç bir xüsusi faydası yoxdur, yeganə istisna, tərkibində kollagen olan sümük suyudur. Ancaq onu çıxarmaq üçün bulyonu təxminən 48 saat bişirmək lazımdır”, - ekspert bildirib.

O, həmçinin vurğulayır ki, müəyyən qidaları necə istehlak etməyin fərqi yoxdur - çiy, fərqli bişmiş və ya şorbada qaynadılmış.

"Şorbaların əsas üstünlüyü ondan ibarətdir ki, onları içdikdə mədə tez doyur və nəticədə az kalori istehlak edirik. Bu zaman yeməyin böyük həcminə görə doyma hissi yaranır", - deyə həkim izah edib.

Beləliklə, arıqlamaq prosesindəsinizsə, şorbalar faydalı ola bilər, çünki onlar kaloriləri azaltmağa kömək edir, eyni zamanda sizi tox hiss etdirir.
скачать dle 11.3
Mojo.az Banner