Mojo.az Banner
19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət Nazirliyindən sənətçilərin ittihamlarına CAVAB

21.09.2024 18:00 1 272
Mədəniyyət Nazirliyindən sənətçilərin ittihamlarına CAVAB
Bir neçə gündür müxtəlif sənət adamları Mədəniyyət Nazirliyinə qarşı ittihamlar səsləndirir, əhəmiyyətli tədbirlərə dəvət almamaqlarının səbəbini qurumun müəyyən şəxslərində görürlər.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımlarda səsləndirilən əsas iddialardan biri də müğənnilərin sözügedən tədbirlərə rüşvət qarşılığında dəvət olunmasıdır. İddiaya görə, nazirliyin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva sənətçilərin xarici səfərlər və dövlət tədbirlərinə dəvət alması üçün təmənna güdür.

Bu ittihamları səsləndirənlər arasında şair Vüqar Əhməd, onun qızı, müğənni Almaxanım Əhmədova, kamança ifaçısı Şəhriyar Musayev və xanəndə Pərviz Qasımov yer alırlar. Ötən gün isə müğənni Nura Suri də onları dəstəkləyib.

Belə ki, sosial şəbəkə hesabında paylaşım edən müğənninin sözlərinə görə, bu məsələdən əslində hamı şikayətçidir:

"Lakin qorxurlar cəmiyyətə açıqlama verməkdən. Sənət əhli niyə kimdənsə qorxmalıdır, rüşvət verməlidir axı? Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Niyə şikayətinizi dilə gətirməkdən qorxursunuz?!"

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirilib ki, qeyd olunan iddialar həqiqətə uyğun deyil:

"Diqqətinizə çatdırırıq ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir. Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır. Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir. Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz".скачать dle 11.3
Mojo.az Banner