Mojo.az Banner
16:42 "Ondan canımı qurtarmışam" - Röya  |     16:26 Bakının bəzi ərazilərində yağış kollektorlarında problem yaranıb - İcra başçıları hadisə yerində - FOTO  |     15:59 Bu oyunlar təxirə salındı  |     15:58 NİİM-dən paytaxtdakı svetoforlarla bağlı AÇIQLAMA  |     15:57 Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su dolub, 22 nəfər təxliyə edilib  |     15:56 Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir  |     15:07 Sabah da intensiv yağış yağacaq: Subasma halları istisna edilmir  |     14:46 Bakı və Abşeronda yağıntılar son 100 ilin rekordunu qırdı  |     14:45 "Kahı" adı ilə ölkəyə külli miqdarda marixuana keçirmək istədilər - VİDEO  |     14:45 Sabunçudan ŞİKAYƏT: "Üç ay əvvəl təzə kanalizasiya xətti çəkirdilər, işi yarımçıq qoydular" - Video  |     14:34 Narkotik istintaqı çərçivəsində saxlanılan türkiyəli məşhur aktrisa Hande Erçelin ifadəsi məlum oldu  |     14:24 Bakı, Sumqayıt və Abşeronda 40-dan çox sakin təxliyə edilib - Video  |     14:21 Bəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı  |     14:19 Azərbaycan neftinin qiyməti 4 illik rekordunu qırdı  |     14:11 Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ (Cədvəl)  |     14:09 "Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur  |     14:08 KİV: İran Hörmüz boğazının tam blokadası ilə hədələdi  |     14:04 DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur - Video  |     13:55 Küveyt səmasında bir gündə altı PUA vurulub  |     13:47 Bakıda torpaq çökdü: Evlər üçün təhlükə yarandı - Video  |    
Left Banner
Right Banner

Rəsmi Bakıdan ABŞ Konqresinə cavab

19.09.2024 22:28 672
Rəsmi Bakıdan ABŞ Konqresinə cavab
ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə 19 sentyabr 2024-cü il tarixində ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrlə bağlı yerli medianın sualına cavabında deyib.

O, "ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib. ABŞ Konqresində Azərbaycan əleyhinə keçirilən bu tədbiri necə şərh edərdiniz?" sualına belə cavab verib:

"Bu, ABŞ Konqresindəki bəzi qrupların Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, Azərbaycandakı vəziyyəti insan hüquqları pərdəsi altında necə təhrif etdiklərinin növbəti təzahürüdür.
Təəssüf ki, ABŞ-nin milli təhlükəsizlik maraqlarından daha çox öz daxili mülahizələri və şəxsi mənfəətlərini rəhbər tutan ABŞ Konqresinin üzvləri tərəfindən təşkil edilən bu cür birtərəfli və qərəzli tədbirlər uzun müddətdir ki, ABŞ Konqresi üçün adi hal alıb. Üstəlik, sözügedən dinləməni təşkil edən konqresmenlərin özlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini dərindən dəstəkləyən şəxslər kimi təqdim etməsinin fonunda keçmiş separatçı rejimin nümayəndələrinin də bu dinləmələrdə iştirakı təsəvvür edilən bilən bütün çərçivələri aşır.

Azərbaycanla bağlı bütün faktları açıq şəkildə təhrif edən və saxtalaşdıran bu cür tədbirin məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir".

XİN rəsmisi qeyd edib ki, Azərbaycanın ötən il həyata keçirdiyi antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun olub və Azərbaycan heç vaxt mülki əhalini hədəf almayıb. Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı və hərbi təcavüzü dövründə azərbaycanlılara qarşı törədilmiş genişmiqyaslı etnik təmizləmə və qətliamlar, eləcə də Azərbaycanın dini və mədəni abidələrinin yer üzündən silinməsi isə əksinə, heç vaxt ABŞ Konqresi tərəfindən qınanmayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan dəfələrlə erməniləri və azərbaycanlıları birgə yaşamağa və əməkdaşlığa çağırıb və ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquq və imtiyazlarla təmin oluna, müdafiə və təhlükəsizlikdən yararlana biləcəklərinə dair təminat verib:

Dinləmələrdə istinad edilən qondarma "Artsax” Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş hərbi işğal və Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən 750 minə yaxın azərbaycanlı mülki əhaliyə qarşı aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni qurumdan başqa bir şey deyildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsinin coğrafi adının "Artsax” kimi təhrif edilməsi coğrafi adların beynəlxalq standartlaşdırılması üzrə prinsip və prosedurların açıq şəkildə pozulması, habelə ABŞ-nin 80-242 (1947) saylı qanununa uyğun olaraq ABŞ-nin Coğrafi Adlar üzrə Şurası (BGN) tərəfindən təsdiq edilmiş ABŞ Hökuməti orqanları tərəfindən milli və xarici coğrafi adların istifadə standartlarının təhrif edilməsidir.

Biz ABŞ Konqresinin rəhbərliyini Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə xələl gətirən bu cür tədbirlərin qarşısını almağa çağırır və xarici siyasətin həyata keçirilməsinə nəzarət edən qurum kimi Dövlət Departamentindən ABŞ Konqresində erməni lobbi qrupları tərəfindən sui-istifadə edilən bu tip tədbirlərə qarşı müvafiq tədbirlərin görülməsini gözləyirik".
скачать dle 11.3
Mojo.az Banner