Mojo.az Banner
13:43 Klinikadan 5000 manat oğurlayan kassir saxlanıldı  |     12:52 Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ - Saxlanılanlar var - Video  |     12:48 Azərbaycanda onlarla aptekdə NÖQSANLAR aşkarlanıb  |     12:30 Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib  |     12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |     12:13 Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək  |     11:55 Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - Video  |     11:50 Azərbaycanda 79 nəfər zəhərlənib, 5 nəfər ölüb  |     11:49 İsveç saxta bayraq altında üzən gəmini saxladı  |     11:47 Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - Video  |     11:45 Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - Video  |     11:42 Alyona Əliyeva "Baku Fashion Week" moda həftəsindən paylaşım edib - FOTO  |     11:36 Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU - FOTO  |     11:31 "Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu  |     11:17 "Brent" markalı neft ucuzlaşır - SON QİYMƏT  |    
Left Banner
Right Banner

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

17.09.2024 22:06 999
Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək
"Bakı Metropoliteni" QSC yeraltı sulardan texniki su kimi istifadə etmək üçün yeni layihələr həyata keçirəcək".

Bu barədə "Report"a açıqlamasında QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, metroda yeraltı suların məkanı olduğu üçün burada gölməçələr çoxdur:

"Metropoliten tunellərində formalaşan qrunt sularının yerüstü sahəyə çıxarılaraq səmərəli istifadə olunması məqsədilə "Nizami" stansiyası yaxınlığında nümunəvi layihə həyata keçirilib. Görülən işlərin davamlı olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə də yeni eynitipli layihələr düşünülüb. Bundan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəriləcək".

B. Məmmədov qeyd edib ki, metroda toplanan yeraltı sulardan texniki su kimi ağacların sulanmasında, şəhərin yuyulma və təmizlənməsində istifadəsinin genişləndirilməsi çox mühüm layihədir və bu həm də suya qənaət edilməsinə də səbəb olur.

"Bakı metrosunun özündə sudan qənaətlə istifadə edilməsi məqsədilə də bir sıra layihələr həyata keçirilib. Bunlara istehsalat sahələrinin tələbatı nəzərə alınaraq suların optimal qaydada bütün sahələrə çatdırılmasını, bununla bağlı bütün sistemin yenidən qurulmasını, yeraltı sulardan səmərəli şəkildə texniki su kimi istifadə edərək vaqonların yuyulması, ağacların suvarılması və başqa bir sıra layihələr daxildir", - deyə o, vurğulayıb.
QSC rəsmisi diqqətə çatdırıb ki, metropolitendə Bakının eko-mühitinə təsir edən ən böyük layihələrdən biri kimi "Xocasən" elektrik deposunun istifadəyə verilməsini söyləmək olar:

"Bu ərazi - təxminən 24 hektarlıq ərazi, depo istifadəyə verilənə qədər tullantılar məkanı idi. Həmçinin burada gölməçələrin yaranması antisanitar mühitin, ekoloji tarazlığın əsaslı şəkildə pozulmasına səbəb olurdu. Bu gün həmin ərazi tullantılardan təmizlənib və depo inşa edilib. Artıq eko-mühitə neqativ təsir göstərən gölməçələr yoxdur və xüsusilə də ərazidə abadlaşdırma işlərinin aparılması, 2 000-ə yaxın ağacın əkilməsi, görülən yaşıllaşma tədbirləri Xocasən qəsəbəsində ekoloji tarazlığın bərpa olunması istiqamətində ən böyük layihələrdən biridir".
скачать dle 11.3
Mojo.az Banner