Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY

14.09.2024 19:48 1 056
Azərbaycandilli vikipediya seqmenti ətrafında manipulyasiya cəhdi - RƏY
Son günlər “Vikipediya”da azərbaycanlı şəhidlərlə bağlı məqalələr kütləvi surətdə silinir. Söhbət 3 minə yaxın məqalədən gedir.

Bunu “Report”a açıqlamasında texno-bloger Fərid Pərdəşünas deyib.

O bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsi, həmçinin Aprel döyüşləri şəhidləri ilə bağlı yazılanlar ard-arda silinir: “Azərbaycanlı inzibatçılar buna zəmin hazırlayırlar. Bu çərçivədə şəhidlərimizə həsr olunan məqalələrinin vikipediyadan silinməsinə hazırlıq görülürdü. Əsas kimi həmin məqalələrin ensiklopedik olmaması göstərilir. Uzun müddət bu hazırlığın qarşısı alındı. Sonradan isə buna qarşı çıxan inzibatçılar idarəetmədən uzaqlaşdırıldılar. Beləliklə, onlar üçün istədikləri şəxsin məqaləsini redaktə etmək, silmək üçün şərait yarandı”.

Ekspert bildirib ki, vətənə xəyanətdə ittiham olunan Bəhruz Səmədovun məqaləsini beş dildə yayımlayanlar indi azərbaycanlı şəhidlərin məqalələrinin silinməsi üçün ciddi səy göstərirlər: “Onlar müxtəlif adlar altında gizlənməli deyillər. Belələrinə misal olaraq Cəlal Cavadovu, Ayxan Zayıdzadəni göstərmək olar. Hər kəs onları tanımalıdır. Mən də bunun üçün mübarizə aparıram”.

F.Pərdəşünasın sözlərinə görə, məqalələrin silinməsi təkcə azərbaycandilli vikipediya ilə kifayətlənmir: “Hətta türk dilində olan məqalələrin silinməsi üçün də cəhd edilir, bu məsələ səsverməyə qoyulur. Onların özlərinə bəraət qazandırması faktı dəyişmir. Bu şəxslər azərbaycandilli “Vikipediya”nın əllərində olması üçün uzun müddət çalışıblar. İndi də azərbaycandilli vikipediya seqmentini istədikləri kimi manipulyasiya edirlər. Bu, yolverilməzdir”.

Qeyd edək ki, son günlər “Vikipediya”da Azərbaycan şəhidlərinin məqalələri silinir. “Vikipediya”sı silinənlər arasında haqqında bir neçə film olan yüksək rütbəli hərbçilər də var. Həmçinin Xocalı qurbanları barədə məqalələrin silinməsinə də cəhd edilir.
скачать dle 11.3
Mojo.az Banner