Mojo.az Banner
23:01 Varlı insanlar niyə qolf oynayır?  |     22:55 "Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək  |     22:48 Kadırovun 18 yaşlı oğlunun şəxsi batalyonu oldu  |     22:41 Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü  |     22:36 Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi -VİDEO  |     22:30 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq  |     22:22 2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?  |     22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |    
Left Banner
Right Banner

Zaqatalada DƏHŞƏT: Autizmli uşağı mərkəzdə döydülər - VİDEO

12.09.2024 16:56 1 233
Zaqatalada DƏHŞƏT: Autizmli uşağı mərkəzdə döydülər - VİDEO
Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.

Bu barədə Lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlum verib.

O bildirib ki, övladı autizmdən əziyyət çəkir:

"Qızım 9 aydır Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət etmişəm".

Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:

"Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu yenidən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".

Sayt Xəqani Psixoloji Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsa da zənglərə cavab verən olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.


скачать dle 11.3
Mojo.az Banner