Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

07.09.2024 19:33 1 056
“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialı 12 saatlıq iş rejiminə keçib.

Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.

Məlumata görə, artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 20:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərəcək. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Rayon filialları isə əvvəlki iş rejiminə uyğun olaraq həftənin bütün günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək, eləcə də poçt məntəqələri isə həftənin bazar ertəsi-şənbə günləri daxil olmaqla saat 09:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) vətəndaşların xidmətindədir.

Qeyd edək ki, poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, elektron ticarət vasitəsi ilə sifariş olunmuş malların çatdırılması, istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, məcburi dövlət sosial sığorta haqlarının, yerli (bələdiyyə) vergilərin, habelə Bank və Bank olmayan Kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir.скачать dle 11.3
Mojo.az Banner