Mojo.az Banner
19:37 Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb  |     19:30 Şənbə günü hava necə olacaq?  |     19:24 Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək  |     19:15 Polşadan Azərbaycana qarşı təxribat - VİDEO  |     19:10 Azərbaycanda bu torpaqlar dövlət ehtiyacları üçün alınacaq  |     19:03 Makron bahalaşan benzin qiymətlərindən danışdı  |     18:45 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət  |     18:37 Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"  |     17:06 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular  |     16:40 Ukraynaya yeni PUA və raketlər alınması üçün milyardlarla avro ayrıldı  |     16:24 Bakıda 12 gün komada qalan körpə xilas olundu  |     16:15 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar  |     16:13 Qızıl yenidən bahalaşdı  |     16:12 Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”  |     15:37 Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB  |     15:20 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub  |     15:18 Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı  |     15:11 Bakıda bu məktəblər onlayn tədrisə keçir - SİYAHI  |     15:09 Könül Həmzəyeva məhkəmədə: "Maşınımı 50 min dollara satıb pulunu götürdü"  |     15:07 Faiq Ağayev: Canlı səsi heç bir süni intellekt əvəz edə bilməz  |    
Mojo.az Avto
Mojo.az Avto

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

06.09.2024 22:35 1 626
Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI
Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov danışıb.
Onun sözlərinə görə, əməliyyat zamanı 310 seperatçı məhv edilib, 614 düşmən isə yaralanıb.

Cəmi bir gün ərzində isə 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alınıb:

"19-20 sentyabr tarixlərində Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket  qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürüldü".

Bundan başqa, bəlli olub ki, əməliyyat şimalda beş, cənubda isə səkkiz olmaqla 13 istiqamətdə həyata keçirilib.

Vətən müharibəsindəki təcrübədən yararlanaraq və əməliyyatın keçirildiyi ərazinin relyefini nəzərə alaraq, bölmələrimiz əsasən kiçik qruplar halında hərəkət edib. Bu da həm sürətli hərəkəti təmin edib, həm də düşmən üçün qəfil yaxalanma effekti yaradıb. Bunun nəticəsidir ki, hücum istiqamətlərində bölmələrimiz az bir vaxtda Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə 5-26 kilometr irəliləyərək həmin istiqamətlərdəki bütün yolları nəzarət altına alıb. 

Artıq bir neçə saatdan sonra düşmən dərinliyinə sızan və 9,5 km irəliləyən xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması üzrə tapşırığı uğurla icra ediblər.
Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq humanitar hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və ya obyekti hədəfə almadan antiterror əməliyyatı keçirib və 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib.скачать dle 11.3
Mojo.az Banner