Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Ulyanovsk şəhərindən Azərbaycana ilk yük qatarı yola düşəcək

03.09.2024 12:24 1 602
Rusiyanın Ulyanovsk şəhərindən Azərbaycana ilk yük qatarı yola düşəcək
Sentyabrın sonunda Ulyanovsk (Rusiya) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük qatarı ilk dəfə yola düşəcək.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı üzrə qərargahın iclasında bildirib.

Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük bloku qatarının ilk heyəti "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi çərçivəsində sentyabrın sonunda yola düşəcək.

Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.

Hər bir qatar 3.5 min ton müxtəlif məhsulların - aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının daşınması üçün nəzərdə tutulub.

Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.

"Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq", - vilayət rəhbəri vurğulayıb.

Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Sənaye və Ticarət Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.скачать dle 11.3
Mojo.az Banner