Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib | 20:58 Keti Perrinin keçmiş əri həbs edildi | 20:47 "Omid" əməkdaşının döyülmə anları - VİDEO | 20:33 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir (VİDEO) | 20:27 Əlövsət Polad vəfat etdi | 20:18 Ət niyə bahalaşır? (Açıqlama) | 20:11 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar | 20:08 Göygöldə 37 yaşlı şəxs bıçaqlandı | 20:00 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur | 19:57 Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb | 19:56 Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciəti | 19:50 Azərbaycanda əvvəlcədən qəbir yeri alanları CƏRİMƏ GÖZLƏYİR - MƏBLƏĞ | 19:43 Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var | 19:34 Bakıda məşhur masaj salonlarının sahibinə hədə-qorxu gəldi, həbs edildi | 19:27 Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü | 19:02 21 istiqamətdə tıxac var - SİYAHI | 18:54 Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb | 18:43 "Qarabağ"dan Yankoviç və Silva açıqlaması (Yenilənib) | 18:37 Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu |
Mojo.az Avto
Mojo.az Avto

Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb

29.08.2024 21:30 1 386
Məzahir Pənahov TDT nümayəndə heyəti ilə görüşüb
Avqustun 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə qarşıdan gələn seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən apa-ya verilən xəbərə görə, sədr M. Pənahov görüşdən və Türk Dövlətləri Təşkilatının qarşıdan gələn seçkilərdə müşahidəçilik missiyası həyata keçirməyindən məmnunluğunu ifadə edib.

O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini, bütün seçki iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar təmin olunduğunu bildirib. MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb, həmin ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən şad olduqlarını deyib və prosesləri fəal şəkildə müşahidə edəcəklərini vurğulayıb. Beynəlxalq müşahidəçilər, həmçinin Milli Məclisə seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar.

MSK sədri seçkilərin geniş aşkarlıq mühitində azad və ədalətli keçirilməsi məqsədilə gerçəkləşdirilən irimiqyaslı layihələr barədə məlumat verib. M. Pənahov bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, eyni zamanda diqqətə çatdırıb ki, seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Komissiya sədri ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini və çoxsaylı müşahidəçiləri ilə proseslərin müşahidəsinə qatıldıqlarını vurğulayıb.

Ətraflı məlumat üçün minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri qarşıdan gələn seçkilərdə MSK-ya müvəffəqiyyətlər arzulayıb, seçkilərin xalqımız üçün xeyirli və uğurlu olmasını diləyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.


Son xəbərlər