Mojo.az Banner
16:50 Rusiya ordusu Ukraynada bir neçə yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:44 Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü  |     16:41 Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı  |     16:40 Dənizdə dörd nəfər BATDI: 13 yaşlı qızı xilas etmək mümkün olmadı  |     16:25 Taksi sürücüsü sərnişinə əxlaqsız təklif etdi - Video  |     16:21 Xaçmaz rayonunda meyit tapılıb  |     15:42 Daha bir ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı  |     15:34 FIFA prezidenti DÇ-2026-nı tənqid edənlərə cavab verdi  |     15:28 Vahid indekslərin siyahısı genişləndirildi - QƏRAR  |     15:10 Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək  |     15:01 Sabah da KÜLƏK əsəcək - 28.07.2026  |     14:32 Ağdamın iki kəndində günlərlə davam edən yanğınlar söndürüldü  |     14:30 Külək Bakıda iki nəfəri xəstəxanalıq etdi  |     13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |    
Left Banner
Right Banner

Azərbaycanda əhalinin yerləşməsi ilə bağlı statistika - İnsanlar niyə şəhəri seçir?

28.08.2024 21:10 876
Azərbaycanda əhalinin yerləşməsi ilə bağlı statistika - İnsanlar niyə şəhəri seçir?
"Azərbaycanın 15 iqtisadi rayonu var. Bunların arasında ən çox yüklü olan iki iqtisadi rayondur. Əhalinin əksəriyyəti Bakı və onun ətrafı, Sumqayıt və Abşeronda məskunlaşıb".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli şəhər əhalisinin çoxalması ilə bağlı statistikadan danışarkən deyib.

Ekspertin sözlərinə görə, bu problemi aradan qaldırmaq istiqamətində müəyyən addımlar atılmalıdır:

"Soruşmaq laızmdır ki, dövlət büdcəsinin 95%-i yalnız iki iqtisadi rayonda formalaşır? Bu gün Azərbaycan iqtisadiyyatı raxit uşağa oxşayır. Başı yekə, bədəni isə balaca. Bunun təbii səbəbləri var. Bakı və onun ətrafında qaz və neft çıxır. Nəticədə ölkə iqtisadiyyatının bu bölgədə şişməsinə gətirib çıxardır. Məsələ burasındadır ki, qeyri-neft sektorunu da biz Bakı, Abşeron, Sumqayıtda şəbəkələşdirməkdə davam edirik".


Ekspertin fikirincə, Azərbaycanda fəaliyyət göstərmək istəyən özəl sektorlar bütün ölkə üzrə yayılmalıdır:

"Onlar stimullaşdırılmalıdır ki, böyük müəssisələr Bakıda deyil, rayonlarda qurulsun. Bölgələrdə əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Həmin əhalini istiqamətləndirmək lazımdır. Texniki bitkilərin becərilməsinə üstünlük verilməlidir ki, kənd yerlərində emal zavodunu tikmək mümkün olsun. Dünyada belə yazılmamış qayda var, hər 18- 20 min kənd təsərrüfatı ilə məşğul olan əhaliyə böyük emal zavodu düşür. Burada həm əhalinin məşğuliyyətini istiqamətləndirmək, həm də zavodların rayonlarda yerləşməsini təmin etmək lazımdır. 100 min əhalisi olan rayona 3-4 iri emal zavodu düşməlidir ki, orada camaat özünə məşğuliyyət tapa bilsin".

Akif Nəsirli hesab edir ki, bu problemin həlli iqtisadi disbalansın aradan qaldırılması və ya faiz dərəcəsinin aşağı salınmasından keçir:

"Bundan sonra dövlət büdcəsinin 50%-i Bakı və onun ətrafında formalaşacaq. Qalan 50%-in bölgədə formalaşmasına çalışmaq lazımdır. Bu zaman ölkənin əsas problemi, məsələn, işsizlik aradan qalxır, Bakının yükü azalır, ölkədən valyuta axının qarşısı alınır. Kənd təsərrüfatı ilə məşğul olan əhali texniki bitkilər əkəcəksə deməli ərzaq məhsullarını xaricdən almayacayıq, yerli istehsalı istifadə edəcəyik. Ona görə də ölkədən valyuta axını azalacaq".

"Baku Research Institut"nun son 100 ildə Azərbaycanda demoqrafiyanın necə dəyişməsi ilə bağlı hazırladığı araşdırma hesabatda deyilir ki, kəndlərdə yaşayan əhalinin sayı azalıb. Statistikaya görə, 2023-cü ildə Azərbaycan əhalisinin 54.5 faizi, yəni yarıdan çoxu şəhərlərdə məskunlaşıb.скачать dle 11.3
Mojo.az Banner