Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb

28.08.2024 20:31 1 626
Bakıda mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin istintaqı başa çatıb
Bakının Xətai rayonunda 55 saylı orta məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən həmin məktəbin direktor müavini Elsevər İslamovun məhkəməsi başlayır.

İstintaqı tamamlanan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında olub. Rəsmi məlumata görə, Natiq Mehdi qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsində və Xəzər rayonu ərazisində basdırılmasında şübhəli bilinib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər