Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Futbol tarixindəki ən böyük transfer uğursuzluqları – SİYAHI

22.08.2024 18:38 948
Futbol tarixindəki ən böyük transfer uğursuzluqları – SİYAHI
Goal.com portalı futbol tarixindəki əsas transfer uğursuzluqlarının reytinqini tərtib edib.

Median.Az
xarici mediaya istinadən bildirir ki, müəlliflər fransalı vinger Usman Dembelenin 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya transferini birinci yerə qoyublar. O zaman kataloniyalılar futbolçu üçün 135 milyon avro ödəyib.

Nəticədə Dembele "Barselona"nın heyətində 185 oyun keçirib, 40 qol vurub və 43 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən yay Fransaya qayıdıb və "Barselona"dan PSJ-yə keçib.

Bundan əlavə, ilk üçlüyə La Liqadan daha iki transfer daxil olub: ikinci yerdə Eden Hazardın “Çelsi”dən “Real”a transferi (120 milyon avro, 2019), üçüncü yerdə isə “Liverpul”dan “Barselona”ya Filip Koutinyo (135 milyon avro, 2018) qərarlaşıb.

“Goal”ın versiyasına görə tarixin ən uğursuz transferləri:

1. Usman Dembele (Fransa) - "Borussiya” Dortmunddan "Barselona"ya, 135 milyon avro (2017)

2. Eden Hazard (Belçika) – “Çelsi”dən “Real”a, 120 milyon avro (2019)

3. Filipp Koutinyo (Braziliya) - "Liverpul"dan "Barselona"ya, 135 milyon avro (2018)

4. Pol Poqba (Fransa) - "Yuventus"dan "Mançester Yunayted"ə, 105 milyon avro (2016)

5. Romelu Lukaku (Belçika) - "İnter"dən "Çelsi"yə, 113 milyon avro (2021)

6. Joao Feliks (Portuqaliya) – “Benfika”dan “Atletiko”ya, 127 milyon avro (2019)

7. Nikolya Pepe (Fildişi Sahili) – “Lill”dən “Arsenal”a, 80 milyon avro (2019)

8. Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə, 87 milyon avro (2019)

9. Antuan Qrizmann (Fransa) - "Atletiko"dan "Barselona"ya, 120 milyon avro (2019)

10. Alvaro Morata (İspaniya) - "Real"dan "Çelsi"yə, 66 milyon avro (2017)

Son xəbərlər