Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi

21.08.2024 22:12 927
Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi
Mingəçevir şəhərində 1971-ci il təvəllüdlü Kazım yetkinlik yaşına çatmayan qızı Ayselə (adlar şərti göstərilib - red.) seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kazım 2009-cu il təvəllüdlü qızı Aysel ilə 2020-ci ilin iyul-avqust aylarından başlayaraq 2023-cü ilədək olan müddət ərzində ona qarşı seksual xarakterli cinsi münasibət göstərib.

Kazım qızına iyrənc seksual hərəkətlər etməyə məcbur edib. Həmçinin onunla cinsi əlaqəyə girməyi təklif edib.

Hadisəni törədən Kazımın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, 2001-ci ildə Səbinə ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurub, birgə nikahlarından Müslüm və Aysel adlı övladları olub:

"Oğlum Müslüm hazırda müddətli həqiqi hərbi xidmətdədir, arvadım Səbinə isə şəhər ərazisində yerləşən ticarət obyektlərində xadimə işləyir. Təxminən 2023-cü ilin oktyabr ayının əvvəlində Yevlax rayonunda yaşayan Famil adlı şəxslə onun yaşadığı kənddə görüşdüm. Bu zaman Famildən narkotik vasitə olan qurudulmuş marixuana istədim. Famil, marixuana olmadığını, lakin 2 ədəd narkotik tərkibli həbləri olduğunu bildirdi. Həmin həbləri Famildən alaraq yaşadığım Mingəçevir şəhərində yerləşən evimə gəldim. Günorta saatlarında həmin həblərdən birini qəbul etdim. Bir qədər sonra qızım Aysel evə gəldi. Mən dərman həbini qəbul etdikdən sonra özümü pis hiss edərək hərəkətlərimi idarə edə bilmədim. Beynimə müxtəlif xəyallar gəldi, lakin həmin vaxt hansı hərəkətləri etdiyimi xatırlamıram".

Kazım qeyd edib ki, daha sonra oktyabrın 6-da yenə də həmin həbin qalanını atıb:

"Həmin vaxt arvadım Səbinə və qızım Aysel də yaşadığımız evdə olublar. Gecəni yata bilməmişəm. Yaşadığım evdə olan otağa keçərək yatdım. Yuxuda olduğum zaman polis əməkdaşları yaşadığımız evə gəldi və məni polis şöbəsinə dəvət etdilər.

Arvadım Səbinə qızım Ayselə qarşı seksual xarakterli hərəkətlər etməyim barədə polis şöbəsinə müraciət etdiyi məlum oldu. Polis şöbəsində arvadıma məxsus telefondakı səs yazısına qulaq asarkən yaşadığımız evdə qızım Ayselə qarşı seksual hərəkətlər etdiyim mənə məlum oldu. Həmin hərəkətləri etməyimi xatırlamamışam".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ayselin sözlərinə görə, atası Kazım ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi olmayıb.

O, atasının barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Aysel qeyd edib ki, 2022-ci ilin oktyabr ayında qardaşı hərbi xidmətə getdikdən sonra atası Kazımla evdə daha çox tək vaxt keçirib:

"Həmin müddət ərzində də atam mənə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər edib. Daima mənə seksual xarakterli videogörüntülər göstərib. Hər dəfə atam mənə qarşı etdiyi hərəkətlərindən müxtəlif bəhanələrlə yayınmışam.

Atam mənimlə və anamla mütəmadi olaraq mübahisə və münaqişələr etdiyi üçün ondan qorxaraq bu barədə anama məlumat verməmişəm. Bu barədə kiməsə məlumat verdikdən sonra atamın mənə qarşı etdiyi hərəkətləri təsdiq edə bilməyəcəyimi başa düşdüyümdən atamın mənə qarşı əxlaqsız hərəkət etdiyi zaman onun səsini yazmaq qərarına gəldim".

Zərərçəkmiş qeyd edib ki, təxminən 2023-cü ilin sentyabr ayının sonlarında yaşadıqları evdə atası ilə tək olduğu zaman, atasının ona yaxınlaşacağını əvvəlcədən bildiyi üçün istifadəsində olan mobil telefondakı səsyazma proqramını aktiv edib və telefonu masanın üzərinə qoyub.

"Həmin vaxt atam yenə də yaxınlaşaraq yanımda əyləşdi, məni qucaqladı, öpməyə və mənə qarşı digər əxlaqsız hərəkətlər etməyə başladı. Həmçinin, mənə qarşı əxlaqsız hərəkətlər edərkən, atam cinsi əlaqədə olmağı təklif etdi. Bu hadisə baş verərkən, telefon vasitəsilə atamın mənə qarşı əxlaqsız hərəkətlərini və aramızda olan danışıqları yazdım".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Kazım 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner