Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Texaslı qadın 100 yaşını qeyd edərək uzunömürlülüyün sirrini açıqladı: "Pivə içməkdən çəkinmirəm!"

13.08.2024 12:03 1 425
Texaslı qadın 100 yaşını qeyd edərək uzunömürlülüyün sirrini açıqladı:
ABŞ-nin Texas ştatından olan bir qadın yüzilliyini qeyd edib və bu yaşa qədər necə çatdığı barədə danışıb.

Bu barədə "WCSC-TV" məlumat yayıb.

Jenevyeva Naheranın doğum gününə onun dostları və dörd nəsil qohumları toplaşıblar.

100 yaşı tamam olan qadın həvəslə uzunömürlülüyünün sirrini açıqlayıb. Onun fikrincə, gərginləşməmək və taleyini Allaha etibar etmək lazımdır.

"Gündüz yatmayın. Mən hər şey yeyirəm və içirəm. Lap elə indi mənə pivə versəniz, içərəm. Pivə içməkdən çəkinmirəm!", - qadın bildirib.

Son xəbərlər