Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Putin Kurska hücumdan danışdı: Ukraynaya cavab veriləcək

12.08.2024 17:27 789
Putin Kurska hücumdan danışdı: Ukraynaya cavab veriləcək
Ukraynanın ən döyüşə hazır bölmələri arasında itkilər kəskin şəkildə artır.

O, Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclasda bunları bildirib.

Rusiya prezidenti qeyd edib ki, Kiyev rəhbərliyi Ukrayna xalqını məhv etmək yolunu tutub.

"Rəqib öz hərəkətlərinə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Amma biz heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansısa danışıqlardan söhbət belə gedə bilməz”, - Putin bildirib.

Vladimir Putin Ukraynanın sərhədyanı rayonlara yeni hücumlarının mümkünlüyünü istisna etməyib, o cümlədən Bryansk vilayətində təxribatlara hazır olmaqları barədə xəbərdarlıq edib.

///APA

Son xəbərlər