Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edildi

10.08.2024 22:07 1 263
Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edildi
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmməd Ağalar oğluna dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.

Bu barədə "Report”un sorğusuna cavab olaraq 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.

DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmmədin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:

"Namizəd Əliyev Məmməd seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.

Son xəbərlər