Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Ən az və ən çox namizəd olan dairələr - SİYAHI

21.01.2020 13:51 1 411
Ən az və ən çox namizəd olan dairələr - SİYAHI
Parlament seçkiləri ilə əlaqədar 2431 nəfər deputatlığa namizəd olmaq üçün müraciət edib. Onlardan 2358 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. 1560 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 19-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Oxu.Az ən az və ən çox deputatlığa namizədliyi qeydə alınmış dairələrin TOP-5-liyini hazırlayıb.

1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan, 4 saylı Naxçıvan seçki dairələrində deputatlığa üç namizəd qeydə alınıb.

5 saylı Şahbuz-Babək seçki dairəsində dörd, 6 saylı Culfa-Babək seçki dairəsində beş, 7 saylı Ordubad-Culfa seçki dairəsində dörd nəfərin namizədliyi qeydə alınıb.

Ən çox deputatlığa namizəd isə 16 saylı Yasamal ikinci seçki dairəsindən olub. Bu dairədən 26 nəfərin namizədliyinə “hə” deyilib.

13 saylı Xəzər-Pirallahı, 54 saylı Şabran-Siyəzən seçki dairələrinin isə hərəsindən 25 nəfərin namizədliyi qeydə alınıb.

Bu kateqoriyada 15 saylı Yasamal birinci seçki dairəsi 24 nəfərlə üçüncü yerdə qərarlaşıb.
44 saylı Sumqayıt-Xızı seçki dairəsi isə siyahıda dördüncü yerdədir. Bu dairədən 22 nəfərin namizədliyi qeydə alınıb.

29 saylı Səbail, 30 saylı Suraxanı birinci, 32 saylı Suraxanı üçüncü, 34 saylı Xətai ikinci, 87 saylı Ağsu-İsmayıllı seçki dairələrinin hər birindən 21 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.скачать dle 11.3

Son xəbərlər