Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident "Cavanşir" körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - FOTO

05.08.2024 12:06 2 043
Prezident
Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində "Cavanşir" körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və tıxac probleminin nisbətən azaldılması məqsədilə Xətai rayonu ərazisində Üzeyir Hacıbəyov küçəsində yerləşən və uzun illər istismar edildiyindən yükgötürmə qabiliyyətini itirmiş, uzunluğu 202 metr, eni 17,3 metr təşkil edən 12 aşırımlı "Cavanşir" körpüsü sökülərək, yerində şəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri həyata keçirilib. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 400 metrdir.

Məlumat verilib ki, həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb, münbit torpaq qatı verilərək yeni yaşıllıq ərazilər salınıb, ən müasir işıqlandırma sistemi yaradılıb.

Xatırladaq ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən, uzunluğu 202, eni 17,3 metr olan "Cavanşir" yolötürücüsü dəmir yolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdi. Həmin ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdi.

* * * * * *

Avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonu ərazisində "Cavanşir" körpüsünün yerində inşa olunmuş şəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışında iştirak edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.













Son xəbərlər