Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi

03.08.2024 22:31 1 668
Rusiya vilayətində fövqəladə vəziyyət elan edildi
Rusiya Federasiyasının Buryatiya Respublikasında güclü yağış və daşqınlar səbəbindən regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Median.Az
xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının "Telegram" kanalında məlumat verilib.

Rayon rəhbəri Aleksey Tsydenov qeyd edib ki, administrasiya sakinlər üçün müvəqqəti yerləşdirmə mərkəzləri hazırlayıb və təxliyə işləri aparılır.

"Bu gündən respublika səviyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. İşlər bütün gecə səhərə qədər davam edəcək. Biz lazım olan hər şeyi edəcəyik, zərər çəkən insanlara yardım göstərəcəyik", - Tsydenov bildirib.

Onun sözlərinə görə, Muxorşibirski rayonunda bənd uçulub. Vəziyyəti qiymətləndirmək üçün yollarda patrul xidməti gücləndirilib, zəruri hallarda nəqliyyatın hərəkəti dayandırılacaq.

Son xəbərlər