Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı

03.08.2024 17:20 780
SEPAH Haniyənin ölümünün TƏFƏRRÜATINI açıqladı
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısamənzilli raketlə öldürülüb.

Median.Az
-ın RBK-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yayımladığı bəyanatda deyilir.

"Araşdırma və təhlillərə əsasən, bu terror əməliyyatı qonaqların yaşadığı ərazidən kənarda, yaxın məsafədən atılan mərmi ilə həyata keçirilib", - deyə məlumatda vurğulanıb.

SEPAH-dan əlavə edilib ki, sui-qəsd ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən planlaşdırılıb və həyata keçirilib.

"Şəhid Haniyənin qan qisasının alınacağı aydındır. Bu cinayətə görə qəti addımlar atılacaq. Münasib vaxtda, müvafiq yerdə və üsulla sərt cəza olacaq", - deyə bəyanatda xəbərdarlıq edilib.

Xatırladaq ki, İsmayıl Haniyə və bir cangüdəni İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına raket hücumu nəticəsində öldürülüb. İranın Ali Lideri ayətullah Əli Xamenei Haniyənin öldürülməsinə cavab olaraq hərbi qüvvələrə İsrailə birbaşa zərbə endirmək əmri verib. HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Tah Haniyənin öldürülməsinə görə məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.

Bundan əvvəl "The New-York Times" öz mənbələrinə istinadla xəbər verib ki, SEPAH Haniyəyə Tehrandakı sui-qəsdlə əlaqədar ölkənin təhlükəsizlik xidmətinin işçiləri də daxil olmaqla kütləvi həbslər həyata keçirib.

Son xəbərlər