Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideynlər uşaqlarına 23 yaşına kimi aliment ödəməyə məcbur edilə bilərlər

02.08.2024 23:01 879
Valideynlər uşaqlarına 23 yaşına kimi aliment ödəməyə məcbur edilə bilərlər
Rusiya Dövlət Dumasında valideynlərin uşaqlarını 23 yaşına qədər saxlamağa məcbur edilməsi təklif olunub.
 
Bununla bağlı qanun layihəsini Rusiya Liberal Demokrat Partiyasından (LDPR) seçilən deputatlar Dumaya təqdim ediblər.
 
Bildirilir ki, yeni layihə uşaqları əyani təhsil alan valideynlər üçün nəzərdə tutulub.
 
"Əgər valideynlər arasında aliment ödənişi barədə razılaşma yoxdursa, bu məbləği pul şəklində məhkəmə müəyyən edəcək. Gələcəkdə rusiyalılar bu vəsaiti 23 yaşına qədər hər ay öz uşaqlarına ödəməli olacaqlar. Əgər tələbənin valideynlərindən maddi dəstək almaq imkanı olmasa, bu halda bacı-qardaşlar, nənə və babalar kömək edə bilərlər", - deyə layihənin izahatında qeyd edilir.
 
Sənəddə, həmçinin, bu ilin mayında qəbul edilmiş aliment borcluları reyestrinin yaradılması haqqında federal qanun da qeyd olunur. Yeni layihə ali məktəblərdə təhsil alan uşaqlara aliment ödəməyən şəxslərin bu reyestrə daxil edilməsini nəzərdə tutur.
 
Aliment almaq hüququ təhsil başa çatdıqda və ya uşaqlar 23 yaşına çatdıqda sona çatacaq.
 
Layihənin təşəbbüskarlarından biri olan deputat Vladimir Sipyagin bildirib ki, təhsil zamanı tələbə üçün yalnız təqaüdlə yaşamaq çox vaxt çətindir, valideyn isə uşaq müstəqil qazanc əldə edə bilənə qədər onun üçün məsuliyyət daşıyır, bu da yalnız universiteti bitirdikdən sonra baş verir.
 
"Uşaq universitetə daxil olur, əyani şöbədə oxuyur və cüzi təqaüd alır. O necə yaşayacaq, necə mövcud olacaq? Mənim qanun layihəm məhz buna yönəlib", - deyə deputat vurğulayıb.
 
Onun sözlərinə görə, valideynlərindən maliyyə dəstəyi alan tələbə normal yaşamaq imkanı əldə edəcək.
 
"Gənc oğlan və ya qızın universitetdə təhsil alarkən özünü stabil hiss etməsi son dərəcə vacibdir", - deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner