Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Namaz vaxtı axunda sillə vurdu: "İsti havada pəncərəni bağlayır..."

02.08.2024 19:23 819
Namaz vaxtı axunda sillə vurdu:
Qax şəhəri, 28 May küçəsində yerləşən Mərkəzi Cümə məscidində axundu vuran şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1978-ci il tarixdə Qax rayonunda doğulmuş Nəsimi Zamanov (soyad şərti) saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib.

Məhkəmədə məlum olub ki, Nəsimi Zamanov Qax şəhəri, Mərkəzi Cümə məscidinin axundu (imam) Xəlilov Xəzər Məhəmmədi oğlunu döyüb. Nəsimi məscidə namaz qılmağa gedib. Mübahisəyə səbəb isə namazdan sonra zikr zamanı axundun məscidin pəncərələrini bağlaması olub. Nəsimi havanın isti olduğunu və ibadətlərini hələ başa vurmadıqlarını bildirirək ona etiraz edib.

Nəsimi məscidin içərisində dava salıb və axunda sillə vurub. Xəzər Xəlilov məhkəmədə Nəsimi ilə barışdığını, ondan şikayətinin olmadığını və həbs edilməsini istəmədiyini bildirib.

Məhkəmənin qərarı ilə Nəsimi İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 100 manat cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner