Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub

02.08.2024 11:16 2 385
UEFA reytinqi: Azərbaycan irəliləyərək Rusiyanı geridə qoyub
Azərbaycan avrokubokların üçgünlük sessiyasından sonra UEFA əmsallar cədvəlində irəliləyib.

Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18.375-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdilər - 2:0.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə ediblər - 4:0.

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0.625 xal qazandırıb (bu mərhələdə qələbəyə görə bir, heç-heçəyə görə isə yarım xal verilir, yekun nəticə klubların sayına (4) bölünür).

Bu mövsüm qazanılan xallar 1.625-ə çatıb - "Zirə" ümumi hesaba 0.750 xal, "Qarabağ" 0.500 xal, "Sabah" 0.250 xal və "Sumqayıt" isə 0.125 xal töhfə veriblər.

Hazırda ölkəmizdən öndə olan Macarıstanın 19.500 xalı, geridə qalan Rusiyanın isə 18.299 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (89.160) başçılıq edir.

Son xəbərlər