Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi

01.08.2024 16:26 1 431
COVID-19 peyvəndinin gözlənilməz təsiri aşkar edildi
Britaniya Ürək Fondunun (BHF) Elmi Məlumatlar Mərkəzinin dəstəyi ilə Kembric, Bristol və Edinburq universitetlərinin alimləri COVID-19-a qarşı peyvəndin gözlənilməz təsirini aşkar ediblər.

"Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.

Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib. İkinci dozadan sonra belə hallar "AstraZeneca" peyvəndindən sonra 27 faiz, "Pfizer"/"Biotech" peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.

Bununla belə, COVID-19 vaksinləri ilə əlaqəli məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib. Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.

Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVID-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVID-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.скачать dle 11.3
Mojo.az Banner