Mojo.az Banner
21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |     20:17 “Səbail”dən transfer qadağası ilə bağlı açıqlama  |     20:15 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib  |     20:08 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi oldu  |     20:02 Suriya İranın ABŞ bazasına hücum xəbərini təkzib edib  |     19:52 Qaradağda zəncirvari QƏZA: Böyük tıxac yarandı  |     19:37 Dünyanın ən gözəl günəş doğuşunu izləmək üçün 10 məkan  |     19:20 Bu il aliment ödəyən qadınların sayı açıqlandı  |     19:14 Türkiyəyə giriş qadağasını ləğv etdirəcəyini dedi, həbs olundu  |     19:05 Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi  |     18:55 Uqandada avtobus aşdı - 20 məktəbli ölüb  |    
Left Banner
Right Banner

Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi

31.07.2024 19:22 1 365
Bakıda qadın bələdiyyə sədri cərimələndi, qərardan şikayət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunun Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayevaya cərimə yazıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib.

Buna səbəb isə C.Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olub.

Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

C.Ağayeva isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.скачать dle 11.3
Mojo.az Banner