Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

"iPhone"da çoxdan gözlənilən YENİLİK - FOTO

31.07.2024 12:52 1 644
"iOS 18.1"in tərtibatçılar üçün buraxılmış beta versiyasında indi süni intellektə (Sİ) əsaslanan "Apple Intelligence" sistemindən istifadə edərək telefon zənglərini yazmaq və deşifrə etmək funksiyası var.

Median.Az
"MacRumors"a istinadən xəbər verir ki, cihazlarında əvvəlcədən quraşdırılmış "iOS 18.1" versiyası olan istifadəçilər zəng edərkən ekranın yuxarı sol küncündəki qeyd düyməsinə basdıqda, "Android" smartfonlarında olduğu kimi, söhbətin qeydə alındığı barədə həmsöhbətə məlumat veriləcək.

Həmin söhbət "Qeydlər" tətbiqində saxlanılır. İstifadəçilər qeydi aça və dinləyə, həmçinin Sİ tərəfindən yaradılan tam transkript və ya qısa məzmuna baxa bilərlər.

Bildirilib ki, "iOS 18.1"də çıxarış funksiyası bütün əməliyyat sistemində mövcuddur. İstifadəçilər "iPhone"da istənilən mətnin qısa məzmununu əldə edə bilərlər.

Hazırda "Apple Intelligence" Sİ xüsusiyyətləri yalnız "iOS 18.1", "iPadOS 18.1" və "macOS Sequoia 15.1-"n tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyalarında mövcuddur. Bütün istifadəçilər üçün tam yeniləmə payızda təqdim ediləcək.




скачать dle 11.3
Mojo.az Banner