Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:13 Bakıda məşhur xəstəxana bağlanır | 22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb |
Mojo.az Avto
Mojo.az Avto

Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı

27.07.2024 15:17 930
Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanıldı
Yaxın qohumlarının müalicəsinə təcili pul lazım olması adı ilə yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı qeyd edilən qanunsuz əməllərin daha bir iştirakçısı - paytaxt sakini 1978-ci il təvəllüdlü Sergey Karnauxov saxlanılıb.

Müəyyən edilib ki, S.Karnauxov "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Qeyd olunan hüquqazidd əməllər nəticəsində S.Karnauxov 28 000, 9 000 və 6 000 manat olmaqla ümumilikdə üç vətəndaşa 43 000 manat maddi ziyan vurub. Saxlanılan şəxs pul vəsaitlərini əldə edəndən sonra "Telegram"da əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. S.Karnauxov bu qanunsuz əməllərin qarşılığında əldə etdiyi məbləğin bir qismini özünə götürüb. Araşdırma zamanı onun paytaxtın Nəsimi rayonunda da analoji əməllər etdiyi müəyyən olunub.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq bir daha vurğulanıb ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olmalıdırlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirməlidirlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməlidirlər.

Son xəbərlər