Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda neçə “Xalq” və “Əməkdar” fəxri adı daşıyan var?

24.07.2024 20:50 975
Azərbaycanda neçə “Xalq” və “Əməkdar” fəxri adı daşıyan var?
Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimai rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbələkələrdəki müzakirələrdə bir çoxları "Xalq artisti” fəxri adının ləğv edilməsini istəyirlər. Əksəriyyət hesab edir ki, keçmiş SSRİ-dən miras qalan "Xalq artisti” və "Əməkdar artist” titulları sənətçilər arasında ayrı-seçkilik yaradır.

Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq "Xalq artisti” adı ilə bağlı kiçik bir araşdırma aparıb: sonuncu dəfə kimə verilib, hazırda bu fəxri titullara görə ayda nə qədər pul ödənilir?

Azərbaycanda sonuncu dəfə "Xalq artisti” fəxri adı bir neçə gün öncə - 22 iyul 2024-cü il tarixində bir nəfərə verilib - bu titula Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə özbək müğənni Fərrux Kərimoviç Zakirov layiq görülüb.

Fərrux Zakirov Azərbaycanda da tanınan məşhur "Yalla” qrupunun rəhbəridir.

"Əməkdar artist” fəxri adı isə sonuncu dəfə 2021-ci ilin martında iki nəfərə verilib: aktrisa Həcər Ağayevaya və aktyor Oleq Əmirbəyova.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü il aprelin 1-nə ümumilikdə 4832 nəfər "Xalq” və "Əməkdar” fəxri adlarına görə aylıq Prezident təqaüdü alır.

"Xalq" fəxri adına görə 254 nəfərə ayda 200 manat təqaüd ödənilir.

4578 nəfər isə "Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.

Hazırda Azərbaycan Respublikasında aşağıdakı fəxri adlar var:

Xalq yazıçısı;
Xalq şairi;
Xalq artisti;
Xalq rəssamı;
Əməkdar elm xadimi;
Əməkdar incəsənət xadimi;
Əməkdar artist;
Əməkdar rəssam;
Əməkdar mədəniyyət işçisi;
Əməkdar müəllim;
Əməkdar həkim;
Əməkdar memar;
Əməkdar dövlət qulluqçusu;
Əməkdar bədən tərbiyəsi və idman xadimi;
Əməkdar jurnalist;
Əməkdar mühəndis;
Əməkdar hüquqşünas;
Əməkdar kənd təsərrüfatı işçisi;
Əməkdar pilot;
Əməkdar tibb işçisi.

Son xəbərlər