Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Keçmiş deputatlığa namizəd dələduzluğa görə həbs edilib - FOTO

24.07.2024 16:19 2 277
Keçmiş deputatlığa namizəd dələduzluğa görə həbs edilib - FOTO
2020-ci ildə Milli Məclisə növbədənkənar seçkidə 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd olmuş Vüqar Məmmədov həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ixtisasca hüquqşünas olan Vüqar Seyfulla oğlu Məmmədov 5 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Keçmiş deputatlığa namizəd zərərçəkmişlərə yaxınlarını dövlət qurumlarında işə düzəldəcəyi, torpaq sahələrinin özəlləşdirilməsinə və həbsdə olan şəxsin cəzasını yüngülləşdirməsinə dəstək göstərəcəyi barədə yalan vədlər verib. İttihama görə, o, zərərçəkmişlərin ümumilikdə 173 min 600 manat pulunu ələ keçirib.

Zəli biznesi ilə də məşğul olmuş V.Məmmədov özünü təqsirli bilmir, zərərçəkmişlərin ona böhtan atdığını deyir. O, həmin şəxslərdən birini - Sarvan Alıyevi tanıdığını, seçki kampaniyasında könüllü dəstək olmaq üçün namizədə pul verdiyini bildirib. Məqsəd isə deputat seçiləcəyi təqdirdə həmin şəxsə kommersiya məqsədilə torpaq sənədləşdirməyə köməklik göstərilməsi olub.

Dediyinə görə, seçki kampaniyasında ona fərqli məqsədlərlə 200 min manat ianə ediblər. Həmin pullar da seçki qərargahının icarəyə götürülməsinə, təşviqat işlərinə və digər yerlərə xərclənib.

Toplanmış sübutlar əsasında Vüqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (təkrar külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

скачать dle 11.3
Mojo.az Banner