Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tələbə Avropa mətbuatında Qarabağ mədəniyyətinə dair məqalələr dərc etdirib

23.07.2024 20:13 648
Azərbaycanlı tələbə Avropa mətbuatında Qarabağ mədəniyyətinə dair məqalələr dərc etdirib
Macarıstanın Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlı İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriyanın media orqanlarında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlayıb.

Yazılardan biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarıbülbül” festivalı və digər məqamlara həsr edilib.

Məqalələrdə həmçinin Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edlən mədəniyyət müəssisələri barəsində də məlumat verilib. Yazılarda Azərbaycanın rəsmi qurumları - Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agenliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

Qeyd edək ki, məqalələr İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın üç dildə yayımlanan “Newsday” saytında dərc edilib. Yazılar Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.скачать dle 11.3
Mojo.az Banner