Mojo.az Banner
18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayılda köməksiz vəziyyətdə qalan vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA (Yenilənib)

20.07.2024 17:33 1 263
Bayılda köməksiz vəziyyətdə qalan vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA (Yenilənib)
"Bayıl ərazisində, ağaclıqda qalan vətəndaş əvvəl də əməkdaşlarımız tərəfindən aidiyyəti müəssisələrə yerləşdirilib".

Bunu oxu.az-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.

"Vətəndaşın müvafiq müəssisəyə yerləşməsi üçün sosial qiymətləndirmə aparılıb və müalicəsi üçün təcili yardım əməkdaşlarına müraciət edilib. Müalicə prosesinin ardınca, özünün razılığı olarsa, sosial reabilitasiyası üçün də davamlı proses həyata keçiriləcək", - deyə M. Həşimov qeyd edib.

* * * * *

Bakının Bayıl qəsəbəsində ağaclıq ərazidə yaşayan vətəndaş köməksiz vəziyyətdədir.


Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumatda vətəndaşın səhhətində ciddi problemləri olduğu vurğulanıb.

Qeyd olunub ki, ətrafdakı şəxslər və aidiyyəti qurumlardan gələn nümayəndələr ondan pis qoxu gəldiyi üçün ona kömək edə bilməyəcəklərini bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin şəxsin yeri müəyyən edilib:

"Polis əməkdaşları tərəfindən onun qısa zamanda sığınacağa yerləşdirilməsi təmin olunacaq".

Məsələ ilə bağlı həm də Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirdi ki, məsələ araşdırılacaq və gün ərzində məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner