Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bayılda küçədə qalan yaşlı kişiyə yardım edildi - RƏSMİ

08.07.2021 16:12 1 554
Bayılda küçədə qalan yaşlı kişiyə yardım edildi - RƏSMİ
Bir neçə gün əvvəl sosial şəbəkədə paylaşılan yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, Sosial Xidmətlər Agentliyi Bayıl ərazisində xəsarətlərlə dolaşan vətəndaşla bağlı mediada paylaşımları gördükdən sonra dərhal hərəkətə keçib:

“Məlumatı öyrəndiyimiz gündən Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal lazımı addım atılıb. Əməkdaşlarımız əraziyə göndərilib. 62 yaşlı Cəbrayıl (şərti addır) kişinin bədənində əvvəllər yaşadığı xoşagəlməz bir hadisədən sonra yanıq xəsarətləri olduğu müəyyənləşib. O, mütəxəssislərimizin iştirakı ilə təcili tibbi yardım avtomobili ilə 5 saylı Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Xəstəxanada müalicə prosesi yekunlaşdıqdan sonra Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsini təmin edəcəyik. Proses boyu dəstəyinə görə Bakı şəhər Baş Səhiyyə İdarəsinin sektor müdiri Esmira Hacıyevaya təşəkkürümüzü bildiririk. Bizə Cəbrayıl kişi barəsində xəbər verən və dəstək olan hər kəsə var olun deyirik”.скачать dle 11.3
Mojo.az Banner