Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2024-ün final oyununun yayımı zamanı yaranan problemlə bağlı İTV-dən AÇIQLAMA

15.07.2024 17:17 1 290
AVRO-2024-ün final oyununun yayımı zamanı yaranan problemlə bağlı İTV-dən AÇIQLAMA
Avropa Çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.

Məsələ ilə bağlı çempionatın Azərbaycanda rəsmi yayım hüququnu əldə edən İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) açıqlama yayıb.

İTV-dən verilən məlumata görə, problemə səbəb yeni sistemin tətbiqi olub:

"İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik. Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də "YouTube" kanalımızdan canlı olaraq izləyə bilib. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb AVRO-2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub".

Qeyd olunub ki, sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər:

"Xatırladaq ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb. Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".

Son xəbərlər