Bakı-Qazax yolunda qəza olub, 9 nəfər xəsarət alıb
APA-nın yerli bürosu xəbər verir ki, qəza zamanı 2 mikroavtobus və yük avtomobili toqquşub.
Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 5-i Şirvan şəhər xəstəxanasına yerləşdirilib, 4 nəfərə isə yerində ambulator yardım göstərilib.
