Xətai və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
"Azəriqaz"dan verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M.Müşfiq, M.Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.