Mojo.az Banner
23:03 Baksol yolunda baş verən yanğının zərəri nə qədərdir? - Video  |     22:55 Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi  |     22:25 Dilimlənmiş çörək almayın - SƏBƏB  |     22:21 Qubada ər arvadını qətlə yetirib özünü asdı  |     22:14 Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər  |     21:59 İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırdı  |     21:49 Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb  |     21:43 Alena Əliyeva Novruz yarmarkasında - FOTOLAR  |     21:32 Laricaninin yerinə o gələcək  |     21:15 Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb  |     21:05 İranın ali lideri: "Laricaninin qətlinə görə qisas alınacaq"  |     20:57 Əhalinin nominal gəlirləri nə qədər artıb?  |     20:56 ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?  |     20:44 Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı  |     20:29 Hansı universitetlər Bakıdan köçürüləcək?  |     20:19 Suraxanıda şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı  |     20:10 İnternat məktəbinin şagirdi imtahan günü öldü  |     20:04 "X" sosial şəbəkəsində problem yaranıb  |     19:55 Şəmkirdə ikimərtəbəli ev yandı  |     19:42 Gəncə sakini torpaq üstündə bıçaqlandı  |    
Left Banner
Right Banner

Töhmət aldığı deyilən icra başçısı danışdı: "Yoxlamalar olub"

10.07.2024 18:18 918
Töhmət aldığı deyilən icra başçısı danışdı:
"Qanunsuz tikililərlə bağlı mübarizə Bərdədə ən yüksək səviyyədə aparılır. Zaman-zaman çoxsaylı qanunsuz tikintiyə cəhd halları olsa da, bunun qarşısı alınıb".

Bunu Gununsesi.info-ya açıqlamasında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda qanunsuz tikililərə göz yumduğu üçün töhmət alması barədə xəbərə münasibətində deyib.

Həmin məlumatda bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb və buna görə Prezident Administrasiyası tərəfindən Vidadi İsayevə töhmət verilib.

İcra başçısı FHN, Dövlət Əmlak Xidməti və Arxitektura və Şəhərsalma Komitəsinin belə bir yoxlama apardığını təsdiqləyib:

"Ancaq bu yoxlama təkcə Bərdədə deyil, bütün rayonlarda, şəhərlərdə aparılır. Bu məsələlər cənab prezidentin diqqətindədir. Tikintiyə məsul qurum da icra hakimiyyəti deyil. Mövcud qanunvericiliyə görə, bir neçə qurumun razılığından sonra tikinti aparılmalıdır. Bərdədə də bunlara ciddi nəzarət olunur. Ancaq mənə töhmət verilməsi barədə məlumat doğru deyil".скачать dle 11.3
Mojo.az Banner