Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Fransada Makronun ucbatından "vicdansız iğtişaş" yaranıb

09.07.2024 15:59 1 698
Fransada Makronun ucbatından
Fransa Prezidenti Emmanuel Makronun növbədənkənar seçki təyin etmək qərarı yeni ifrat sağçı hökumətin formalaşması ilə nəticələnməsə də, hökuməti daha da çaşdıracaq "vicdansız iğtişaş"la bitib.

Bu barədə "Bloomberg"in köşə yazarı Con Oters yazır.

O qeyd edir ki, Fransadakı parlament seçkisi 180 mandat almış solçu partiyalar koalisiyasının - Yeni Xalq Cəbhəsinin qələbəsi ilə başa çatıb. Prezidentin Dirçəliş Partiyası cəmi 162 yer qazanıb. İfrat sağçı Milli Vəhdət partiyası 142 yerlə üçüncü olub.

Bu partiyaların heç biri ümumi çoxluq üçün tələb olunan 289 yerə malik deyil və indiki tərkibdə heç kim sağçı Marin Le Penlə birləşməyəcək, ona görə də növbəti hökumət mərkəz-sol qüvvələrin birləşməsindən formalaşacaq.

"Təklif olunan koalisiya tərəfdaşları arasında ideoloji məsafələr o qədər böyük olacaq ki, ardıcıl hökumət proqramı, çətin ki, mümkün olsun", - deyə məqalədə qeyd olunur.

Mənbə: Kp.ru

Son xəbərlər