Mojo.az Banner
23:01 Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR  |     22:55 Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB  |     22:46 "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi  |     22:40 "Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO  |     22:20 Makrondan Trampa İranla bağlı çağırış - "Hörmət elə"  |     22:16 Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb  |     22:11 Bu yolda hərəkət məhdudlaşdırılır  |     22:10 İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb  |     22:08 Ali Məhkəmə "Abzas Media" işi ilə bağlı həbs edilən jurnalistlərlə bağlı qərar verdi  |     22:02 2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq  |     21:57 "e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır  |     21:50 Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək  |     21:44 Baş idarə əməliyyat keçirdi - 3 nəfər saxlanıldı (Video)  |     21:38 Qatarlar arasında interval növbəti dəfə azaldılır  |     21:33 Mingəçevirdə evdən qadın meyiti tapıldı  |     21:25 Polis silah-sursat aşkarladı  |     21:20 İranda humanitar yardımla dolu konteynerlər vuruldu  |     21:11 AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir  |     21:06 Azərbaycana turist axını azalıb  |     20:59 Ermənistanda hərbçi öldü  |    
Left Banner
Right Banner

Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB

05.07.2024 18:14 540
Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB
Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı məlum olub.

"Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2024-cü il aprel ayının 1-nə olan göstəricilərə əsasən, Ağdərə rayonunda 12 min 100 nəfər qeydiyyatdadır.

Komitənin məlumatında o da vurğulanıb ki, Ağdərə rayonu 5 dekabr 2023-cü il tarixli Qanuna əsasən bərpa edilib. Beləliklə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olunub. Hazırkı Ağdərə əhalisi isə rayonun yaradılmasından öncə Ağdam, Kəlbəcər və Tərtər rayonlarında qeydiyyatda olub.

Xatırladaq ki, Ağdərə rayonu bu il ilk dəfə Milli Məclisdə təmsil olunacaq. Belə ki, 2024-cü il sentyabr ayının 1-nə təyin edilən parlament seçkisində Ağdərə əhalisi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində səs verəcək.скачать dle 11.3
Mojo.az Banner