Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)

05.07.2024 16:05 1 383
Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)
"Quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu ilə sürətlə yayılmaq imkanı əldə edərsə, onun geniş epidemiyalar yarada biləcəyi də realdır".

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla quş qripinin mutasiya yaradaraq yeni pandemiyaya rəvac verə biləcəyi barədə səslənən xəbərdarlıqları şərh edərkən deyib.

Adil Qeybulla bildirib ki, həyəcan təbilinin çalınması yaxşı haldır:

"Amma bir şeyi nəzərə almalıyıq ki, bir infeksiyanın pandemiya yaratması üçün yüksək yolxuculuq indeksi tələb olunur".

Həmsöhbətimiz qeyd edir ki, yalnız yolxuculuq indeksinin yüksək olması onu təmin edə bilər:

"Hazırda xəstəliyi yerindəcə lokallaşdıra bilmək üçn müasir təbabətin əlində xeyli imkan var. Quş qripi bir müddət idi ki, bəzi yerlərdə yayılmışdı. Hətta Azərbaycana da öz təsirini göstərmişdi. Lakin təbabətin imkanları sayəsində onun qarşısı alındı. Hazırkı situasiyada quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu və digər təmaslarla sürətlə keçmək imkanı qazanarsa, onun geniş epidemiyalar yaratması imkanı realdır. Əks halda bu cür yoluxmalar geniş arealı əhatə edə bilməz”.

Qeyd edək ki, son zamanlar ekspertlər dünyanın yeni pandemiya astanasında olduğu barədə xəbərdarlıqlar etməyə başlayıblar. Hər il quş qripi getdikcə daha çox ölkədə görünür və mutasiyaya uğrayır. Hesab olunur ki, ona qarşı tədbir görülməsə, çox güman gələcəkdə quş qripi xəstəliyi insandan insana keçəcək və dünya yeni pandemiya ilə üz-üzə qalacaq.

Materialda deyilir ki, quş qripi 2021-ci ildə Şimali Amerikaya çatıb və artıq 2023-cü ilin payızında inəklər ilk dəfə ona yoluxub. İndi infeksiya dalğası 12 ştatda yayılıb. Tədqiqatçıların fikrincə, insanlar nəinki bu virusa yoluxa biləcəklər, həm də gələcəkdə insandan insana keçə biləcək. "İnsanlara yoluxma ehtimalı, virusun müxtəlif məməlilər arasında daha uzun və daha geniş yayılması ilə daha böyükdür", deyə Cenevrə Universitetinin İnkişaf etməkdə olan Viral Xəstəliklər Mərkəzinin rəhbəri, virusoloq İzabella Ekkerle bildirib.

Harvard epidemioloqu Maykl Mina da vurğulayıb ki, ABŞ səlahiyyətliləri xəstəliyin yayılmasına qarşı kifayət qədər tədbir görməməklə odla oynayırlar. H5N1 virusu indi siçan və pişiklərdə də aşkar edilib. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri bildiriblər ki, virus insanlarda yüngül yuxarı tənəffüs yolları və göz infeksiyalarına, həmçinin pnevmoniya kimi potensial ölümcül xəstəliklərə səbəb ola bilər.

Son xəbərlər