Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? - RƏSMİ

04.07.2024 17:50 780
Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? - RƏSMİ
Son illər Azərbaycanda avtobus parkı genişlənsə, yeni avtobusların gətirilməsi istiqamətində ciddi işlər aparılsa da, marşrutların kart sisteminə keçirilməsi aktual olaraq qalır. Paytaxtda hələ də nağd ödənişlə fəaliyyət göstərən avtobuslara rast gəlirik. Xüsusilə Bakıətrafı qəsəbələrdə vəziyyət bərbad durumdadır. Ətraf qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarda 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Halbuki cavabdeh qurum hələ 2019-cu ildə bütün avtobusların il sonuna qədər kart sisteminə keçəcəyini açıqlamışdı. Həmin müddətdən 5 il keçməsinə baxmayaraq, problem eyni qalır.

Məsələ burasındadır ki, yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən dayanacaqlarda saxlamayan, bir-birləri ilə qəpik yarışına çıxan avtobuslar səbəb olurlar.

Bəs, maraqlıdır, paytaxtda nağd ödənişlə fəaliyyət göstərən avtobusların sayı nə qədərdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

"Ümumilikdə 115 marşrut üzrə 1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64%-də nağdsız ödəniş sistemi tətbiq olunur".

AYNA-nın açıqlamasından belə aydın olur ki, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Qurum nağd ödənişlə işləyən avtobusların konkret sayını açıqlamasa da, kiçik hesablama kifayət edir ki, bu rəqəmin neçə olduğunu bilək. Hesablamalarımıza görə kartsız işləyən avtobusların sayı 1026-dır.скачать dle 11.3
Mojo.az Banner