Mojo.az Banner
00:53 Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI  |     00:52 Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü - Oğlu saxlanıldı  |     20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |    
Left Banner
Right Banner

Prezident: "Azərbaycan Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır"

04.07.2024 12:31 903
Prezident:
"Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır".

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul - Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

"Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik", - deyə Prezident İlham Əliyev qeyd edib.скачать dle 11.3
Mojo.az Banner