Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Minaya düşən Həsənəli magistrant oldu

03.07.2024 22:25 996
Minaya düşən Həsənəli magistrant oldu
Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə magistraturaya qəbul olunub.

2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirən Əlizadə Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olunsa da, baş verən hadisə səbəbilə təhsilini davam etdirə bilməmişdi.

Builki imtahanda 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olan Əlizadə bu barədə AzEdu.az-a müsahibə də verib. O bildirib ki, I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış minaya düşüb:

"Mən, I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum. Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm. Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim”.

Gələcək hədəflərindən də danışan tələbə bildirib ki, hazırda gələcək üçün ilk hədəfi avqust imtahanında BA1 sertifikatını alıb, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının (MİHO) hansısa birinin aparatında işləməkdir.

Bundan başqa o, səhhəti ilə bağlı bildirib ki, hazırda ayağına protez taxır, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir. Buna görə əsadan da istifadə edir.скачать dle 11.3
Mojo.az Banner