Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olundu

03.07.2024 22:12 891
Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olundu
Qarabağda və Kəlbəcər istiqamətində bəbir müşahidə olunub. Kəlbəcər işğaldan azad edildikdən sonra bəbirləri ilk müşahidə edən hərbçilər olub. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF) tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.

Qaynarinfo xəbər verir ki, bunu WWF-nin direktoru Elşad Əsgərov "Azərbaycanda bəbirlərin populyasiyası, bioloji müxtəlifliyin bərpası istiqamətində görülən işlər və ekoloji turizmin inkişafına dair planlaşdırma" mövzusunda ETSN-də keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bəbirin təbii qidası olan bezoar keçilərinin bu ərazilərdə sıx məskunlaşması da bu nadir növün Qarabağda yayılmasının əsas şərtlərindəndir: "Qarabağ vulkanik yaylasında həm də ən qədim zamanlardan bəri bəbirlərə rast gəlinib”.

E.Əsgərovun sözlərinə görə, Azərbaycanda bəbir fərdlərinə rast gəlindiyi əsas ərazilər Zəngəzur və Talış dağlarıdır: "Qarabağda, Kəlbəcər istiqamətində bəbirlərin müşahidə olunması, həmçinin Mingəçevir gölü ətrafındakı boz dağlarda, Böyük Qafqazda onların görünməsi bəbir populyasiyasının bərpası, onların mühafizəsi, arealının genişləndirilməsi istiqamətində Azərbaycan hökumətinin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkəmizdə bioloji müxtəlifliyin bərpası və inkişafı üçün münbit şəraitin olması bizdə belə qənaət və əminlik yaratmışdı ki, Qarabağ bölgəsində, Kəlbəcərdə də bəbirlərə rast gəlinəcək və apardığımız monitorinqlər nəticəsində bu təsdiq olundu. Bəbirlərin monitorinqinə ölkəmizdə 2002-ci ildən başlanılıb, ilk dəfə fototələ vasitəsilə 2007-ci ildə Talış dağlarında, 2012-ci ildə isə Zəngəzurda bəbirlər qeydə alınıb ki, bu da Azərbaycanda təbii şəraitdə çəkilmiş ilk bəbir fotolarıdır.

Bu günə qədər monitorinqlər nəticəsində Naxçıvanda 9 yetkin fərd və 9 bala, Hirkan meşələrində isə 8 yetkin fərd, 2 bala fotosu çəkilib. Həyata keçirilən intensiv mühafizə tədbirlərinin nəticəsidir ki, bəbir balalarının dünyaya gəlməsi Qafqazda yalnız Azərbaycanda müşahidə olunub. Bizim ərazimizdə doğulub böyüyən balalar sonra qonşu dövlətlərin ərazisinə yayılır. Onlardan ikisi hətta Türkiyə ərazisində müşahidə edilib, biri isə Qaradəniz hövzəsinə qədər gedib çıxıb".

E.Əsgərov bildirib ki, ötən əsrdə antropogen təsirlərdən bütövlükdə regionda bəbirlərin sayı kritik həddə azalaraq nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi.

"Bəbirlər ən qədim dövrlərdən Azərbaycan ərazisində yaşayıb. Bəbirlərin qlobal arealı isə Afrika və Asiyanı əhatə edir. Azərbaycan bu arealın şimal kənarındadır. Bəbir qalıqları Azərbaycanda 400-300 min il əvvəlki torpaq qatlarında tapılıb, Qobustan, Gəmiqaya, Dəlidağ qayalarında da onun qayaüstü təsvirləri aşkar edilib. Qobustanın qədim insan məskənində isə hepard və bəbirin kəllə sümüklərinə rast gəlinib. Bu növ vaxtilə ölkəmizin, demək olar, hər yerində yaşayıb. Son illərin müşahidələri göstərir ki, Azərbaycanda bəbir populyasiyasının inkişaf dinamikasına nail ola bilmişik”, - o əlavə edib.

Son xəbərlər