Mojo.az Banner
21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı

27.05.2021 17:06 3 105
Naxçıvan dağlarında bəbir cəsədi aşkarlandı
Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, Ordubad rayonu ərazisində dəniz səviyyəsindən 1 915 metr hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkarlanıb:

“Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçqunu olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaq. Hadisə yerində olan dövlət təmsilçiləri cəsədin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə artıq götürüblər”.

WWF Azərbaycan nümayəndəliyindən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

“Təəssüf doğuran məqam isə də odur ki, tələf olan fərd dişi idi və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir - doğum olan yerdə ölüm də olur”.скачать dle 11.3
Mojo.az Banner