Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq

28.06.2024 14:45 1 449
Bir qrup şəxs üçün parklanma ödənişsiz olacaq
Xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub: "Bu barədə qanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isə skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır. Burada da "sükanı tutmadan hərəkət etmək" sözünün əvvəlinə "sükanı olduğu halda" sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavə edilməsi təklif edilir".скачать dle 11.3
Mojo.az Banner