Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Korotçenko: Azərbaycan bütün dünyada ən yaxşı ordulardan birinə malikdir

27.06.2024 19:09 1 197
Korotçenko: Azərbaycan bütün dünyada ən yaxşı ordulardan birinə malikdir
“Azərbaycan təkcə postsovet məkanında deyil, bütün dünyada ən yaxşı ordulardan birinə malikdir. Bunu 44 günlük müharibənin yekununda Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayaraq kapitulyasiyaya imza atması təsdiqləyir”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən qəbulda deyib.

Korotçenko Azərbaycan ordusunun peşəkar hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edib:

“Bütün ekspertlərin diqqət yetirdiyi iki amil mövcuddur - kəşfiyyat və hücum PUA-larından ilk geniş miqyaslı istifadə. Bu baxımdan Azərbaycan müasir yüksək texnologiyalı müharibənin necə aparıldığını göstərdi. İkincisi isə xüsusi təyinatlıların tətbiqi. Şuşanın azad edilməsi əməliyyatı öz cəsarəti, məharəti, unikallığı, ən əsası isə hərbi-siyasi nəticələri ilə misilsizdir. Bu gün dünyanın aparıcı ölkələrinin xüsusi təyinatlıları Azərbaycan xüsusi təyinatlıları ilə müqayisə olunur.

Azərbaycan Silahlı Qüvvələrinin zabit və yüksək rütbəli komandan heyətinin İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi o səylər, qələbənin memarı, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin hərbi liderlik istedadını nümayiş etdirən peşəkar məharəti qələbədə həlledici amil oldu”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Azərbaycanı yaxın və sıx müttəfiqlik münasibətləri bağlayır:

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini peşə bayramı münasibətilə təbrik etmək istəyirəm. Xatırladım ki, Azərbaycan 5 milyard dollardan çox dəyərində Rusiya silahları alıb və məhz bu silahlar digərləri ilə yanaşı, İkinci Qarabağ müharibəsində də qələbəni təmin edib. Bu gün liderlərimizlə ölkələrimiz arasında sabit, sıx əlaqələr mövcuddur”.скачать dle 11.3
Mojo.az Banner